"Qarabağ"-"Bazel" oyunu ilə bağlı - MÜRACİƏT

15 Sentyabr 2021

Baş Dövlət Yol Polisi idarəsi sentyabrın 16-da Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu ilə bağlı sürücülərə və vətəndaşlara müraciət edib.

Baş Dövlət Yol Polisi idarəsindən Heftelik.az-a verilən məlumata görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sabah Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı -Olimpiya Stadionu istiqamətində, Heydər Əliyev prospektindindən hərəkət edən sürücülərin isə 5 saylı "ASAN Xidmət"in yanından hərəkət məhdudlaşdırılacaq.

BUNA DA BAX: Çempionlar Liqasında qrup mərhələsi başlayır

Qeyd edilib ki, vətəndaşlardan stadiona nəqliyyat vasitələri ilə gəlməmələri və ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunub: "Eyni zamanda pandemiyanın davam etdiyini nəzərə alaraq xüsusi karantin qaydalarına əməl etməl etməlidirlər. Sürücü və vətəndaşlardan xahiş edirik " Koroğlu" metrostansiyasının yanından təhlükəsiz piyada keçidi ilə daxil olsunlar". 

Top