Klublararası dünya çempionatının vaxtını açıqlandı

29 Noyabr 2021

Klublararası dünya çempionatının vaxtı dəqiqləşib.

Heftelik.az-ın  FİFA-ya istinadən verdiyi məlumata görə, BƏƏ-də keçiriləcək turnirə 2022-ci il fevralın 3-də start veriləcək. Dünya çempionu ayın 12-də bəlli olacaq.

BUNA DA BAX: “Azərbaycanın futbol görüntüsü yaxşı deyil” - AÇIQLAMA

Bu gün turnirin püşkatma mərasimi baş tutacaq.

Qeyd edək ki, turnirdə “Çelsi” (İngiltərə), “Palmeyras” (Braziliya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Əl-Əhli” (Misir), “Monterrey” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya) və “Əl-Cəzirə” (BƏƏ) mübarizə aparacaq.

 

Top