Konfrans Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

13 Dekabr 2021

“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.

Heftelik.az-ın Apaasport.az-a istinadən verdiyi məlumata görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa) qarşılaşacaq.

BUNA DA BAX: "Buna səhv demək mümkün deyil" - Prezident

Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.

Bu görüş gələn il fevralın 17-də baş tutacaq. Bir həftə sonra keçiriləcək cavab görüşü Bakıda təşkil olunacaq.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finala yüksələcək. Qrup qaliblərinin birbaşa yüksəldiyi bu mərhələnin püşkü fevralın 25-də atılacaq.

Top