Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

13 Dekabr 2021

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü yenidən atılıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

BUNA DA BAX: Konfrans Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Tədbir gün ərzində ikinci dəfə baş tutub. Buna püşk zamanı buraxılan kobud səhv səbəb olub. “Mançester Yunayted” və “Liverpul”un şarlarını səhv salan UEFA “Vilyarreal”la “Atletiko”nun mümkün rəqiblərinin siyahılarında xətalar buraxıb. Bu üzdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb.

Çempionlar Liqası
1/8 final

“Zalsburq” (Avstriya) - “Bavariya” (Almaniya)
“Sportinq” (Portuqaliya) - “Mançester Siti” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Ayaks” (Niderland)
“Çelsi” (İngiltərə) - “Lill” (Fransa)
“Atletiko” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Vilyarreal” (İspaniya) - “Yuventus” (İtaliya)
“İnter” (İtaliya) - “Liverpul” (İngiltərə)
PSJ (Fransa) - “Real” (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

***

Saat. 15:20

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Püşk Lionel Messi və Kriştiano Ronaldonun komandalarını üz-üzə qoyub. PSJ 1/4 finala vəsiqə uğrunda “Mançester Yunayted”lə mübarizə aparacaq.

Çempionlar Liqası
1/8 final

“Benfika” (Portuqaliya) - “Real” (İspaniya)
“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya)
“Zalsburq” (Avstriya) - “Liverpul” (İngiltərə)
“İnter” (İtaliya) - “Ayaks” (Niderland)
“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Çelsi” (İngiltərə) - “Lill” (Fransa)
PSJ (Fransa) - “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

Top