Fatih Terim istefaya göndərildi

10 Yanvar 2022

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

Heftelik.az-ın məlumatına görə, İstanbul təmsilçisi təcrübəli mütəxəssisi istefaya göndərib.

BUNA DA BAX: Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Onunla görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.

Top