Qurban Qurbanov təltif olunmasından danışdı

13 Aprel 2022

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin sərəncamına əsasən, “Şöhrət” ordeninə layiq görülməsinə və aldığı coxsaylı təbriklərə münasibət bildirib.

Heftelik.a-zın məlumatına görə, bu gün 50 illik yubileyini qeyd edən təcrübəli mütəxəssis qol.az saytına verdiyi açıqlamada deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edir.

BUNA DA BAX: Canni de Byazi Azərbaycan yığmasını xaraktersiz və qorxaq adlandırdı

Q. Qurbanov bildirib ki, Ali Baş Komandanın onu "Şöhrət" ordeni ilə təltif etməsi karyerasının ən böyük hədiyyəsi oldu: "Belə qayğı və diqqətə görə minnətdaram. Bu gün çoxlu təbriklər almışam. Təbrik edən hər kəsə təşəkkür edirəm. Əmin oldum ki, "Qarabağ" və mənim uğurlarımı izləyirlər, istəyirlər. Allah Azərbaycan xalqını qorusun”.

Top