Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının boks yarışları sistemində dəyişikliklər edilib

20 İyun 2019

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçrənin Lozanna şəhərindəki İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. Qərara əsasən, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının boks yarışları sistemində dəyişikliklər edilib Yeni formata əsasən, qarşıdakı olimpiadada kişilər 8, qadınlar 5 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Beləliklə, ümumilikdə 286 boksçudan 186-sı kişilərin yarışına 48 kq - 52 kq, 52 kq - 57 kq, 57 kq - 63 kq, 63 kq - 69 kq, 69 kq - 75 kq, 75 kq - 81 kq, 81 kq - 91 kq, 91 kq və yuxarı çəkilərdə qatılacaq. 100 qadın boksçu isə 48 - 52 kq, 54 kq - 57 kq, 57 kq - 60 kq, 64 kq - 69 kq və 69 kq - 75 kq çəkilərdə çıxış edəcək. Halbuki, "Rio-2016"da 250 kişi boksçu 10 çəkidə, 36 qadın boksçu 3 çəkidə mübarizə aparmışdılar.

Şərh vermək üçün giriş edin
Top