Bu gün Minskdə II Avropa Oyunlarına start veriləcək

21 İyun 2019

Bu gün Belarusun paytaxtı Minckdə II Avropa opyunları başlayacaq. "Həftəlik.az" xəbər verir ki,  Yarışının açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da olsa da, bunadək bəzi idman qurğularında Oyunlara start veriləcək. Yarışın ilk günündə üç idman növü üzrə mübarizə başlayacaq. Bunlardan biri komanda, ikisi fərdi növdür. Açılış günündə heç bir medal sahibini tapmasa da, bir sıra atletlər üçün vətənə yollanmaqla kifayətlənə bilər. Bakı vaxtı ilə saat 10:00-da basketbolun 3x3 növü üzrə mübarizə start götürəcək. Azərbaycan yığmasının təmsil olunmadığı yarışın ilk günündə 8 qarşılaşma baş tutacaq. Kişilərin bütün çəki dərəcələrində təmsil olunan Azərbaycanın üç boksçusu ilk gündə rinqə çıxacaq. Təmsilçilərimizin üçü də bolqarıstanlı rəqiblərini sınağa çəkəcək. 1/16 final döyüşlərində Tayfur Əliyev (56 kq) Boyan Asenovu, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevi, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovu sınağa çəkəcək. İlkin mərhələdən azad olan Lorenzo Sotomayor (69 kq) potensial rəqiblərini izləməklə kifayətlənəcəksə, Kamran Şahsuvarlı (75 kq) 1/16 finaldakı rəqibinin müəyyənləşəcəyi Giorgi Harabadze (Gürcüstan) - Miroslav Saviç (Serbiya) duelini gözləyəcək.

 

Şərh vermək üçün giriş edin
Top