Əfsanəvi basketbolçu helikopter qəzasında öldü - VİDEO

27 Yanvar 2020

Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.

Heftelik Apasport.az saytına istinadən xəbər verir ki, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında həyatını itirib.

BUNA DA BAX: FİFA Azərbaycan klublarının transferlərdən ziyanının məbləğini açıqladı

 

41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da qəzanın qurbanı olub. Kobi Brayantın 13 yaşlı qızı Gianna Brayant da bu gün baş verən helikopter qəzasında həyatını itirənlər arasında olub. Helikopterin yerə çırpılması nəticəsində yanğın baş verdiyi bildirilir.

Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – “Los-Anceles Leykers”də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.

Məlumat üçün bildirək ki, qəzada həlak olanlarla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Los-Anceles Şerifi Aleks Villanuevanın sözlərinə görə, helikopterdə 9 nəfər olub və onalrın hamısı ölüb.

 

 

Şərh vermək üçün giriş edin
Top