"Futbolçular "Qarabağ"a gələndə iki dəfə artıq pul istəyirlər" – AÇIQLAMA

05 Fevral 2020

"İndi istədiyimiz oyunçunu tapa bilmədik".

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ" futbol klubunun prezidenti Abdolbari Goozal qış fasiləsində cəmi bir transferlə kifayətlənmələrinin səbəbini açıqlayarkən bildirib.

BUNA DA BAX: FİFA Azərbaycan klublarının transferlərdən ziyanının məbləğini açıqladı

A. Gözəl transferlərlə bağlı bütün səlahiyyətləri baş məşqçi Qurban Qurbanova verdiklərini bildirib: "Biz Qurban bəyə səlahiyyət vermişik. Onun ixtiyarı tamdır. Yəni, istədiyi oyunçunu ala bilər. Biz onun qarşısına heç bir məhdudiyyət qoymamışıq. Demək, Qurban bəy o qədər məsləhət görüb. Vallah, mən transfer məsələlərinə qarışmıram, özü baxır. Biz ona tam səlahiyyət vermişik".

A.Goozal legionerlərin "Qarabağ"a transfer olunmaları qarşılığında yüksək şərtlər irəli sürdüklərini də söyləyib: "Nəsə oyunçular buraya gələndə iki dəfə artıq pul istəyirlər. Onlar üstünlük verirlər ki, Avropa kuboklarında oynasınlar. Hələ "Qarabağ"ın adı var. Bəzi oyunçular gəlir, çünki Avropa kuboklarına vəsiqə qazanırıq".

Şərh vermək üçün giriş edin
Top