“Məhsul” stadionu sökülür, yerində yenisi tikiləcək

05 Fevral 2020

Bakının Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi (keçmiş “Məhsul” stadionu) sökülür.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə apasport.az saytı məlumat yayıb.

BUNA DA BAX: FİFA Azərbaycan klublarının transferlərdən ziyanının məbləğini açıqladı

Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, uzun illərdir, əsaslı təmir aparılmaması və baxımsız qalması səbəbindən yararsız vəziyyətə düşən idman qurğusunun yerində yenisi inşa olunacaq.  Arena gələcəkdə idman yarışlarını qəbul edə biləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, paytaxtda sökülən istənilən idman qurğusunun yerində yalnız analoji arena inşa oluna bilər.

Qeyd edək ki, stadion bir müddət əvvəl təmirə dayanmışdı.

Şərh vermək üçün giriş edin
Top