"Formula-1"lə əlaqədar alınmış biletlərlə bağlı məsələyə aydınlıq gətirildi

23 Mart 2020

"Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün indiyədək alınmış biletlər keçərli sayılacaq.

Heftelik.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi açıqlama yayıb.

BUNA DA BAX: "Formula-1" üzrə Azərbaycan Qran-prisi barədə yekun qərar verildi

Koronavirus pandemiyasının yayılması səbəbindən təxirə salınan Azərbaycan mərhələsi üçün əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülüb. Yeni tarix müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, 5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan "Formula-1"in Azərbaycan Qran-prisi təxirə salınıb.

Şərh vermək üçün giriş edin
Top