Ən çox qazanan məşqçilərin adı açıqlandı

24 Mart 2020

Dünyanın ən çox qazanan futbol məşqçiləri müəyyənləşib.

Heftelik.az-ın “France Football”-a istinadın verdiyi məlumata görə, araşdırma zamanı  mütəxəssislərin maaşları, bonusları və imic hüquqlarından əldə etdiyi vəsait nəzərə alınıb.

BUNA DA BAX: "Formula-1"lə əlaqədar alınmış biletlərlə bağlı məsələyə aydınlıq gətirildi

Siyahıya İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone başçılıq edir. Onun illik qazancı 40,5 milyon avro olub.

İtaliya “İnter”inin çalışdırıcısı Antonio Konte ikincidir. O, 30 milyon avro qazanıb.

İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiaola qapayır. Mütəxəssis 27,5 milyon avro qazanmağa müvəffəq olub.

Şərh vermək üçün giriş edin
Top