İngiltərədə futbolda yenilik

24 Mart 2020

İngiltərədə bütün futbol oyunları Londondan kənarda keçirilə bilər.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, koronavirus pandemiyası üzündən dayandırılan mövsüm bərpa olunsa, Premyer Liqa və aşağı liqa təmsilçisi olan paytaxt klublarının ev matçlarını bölgələrdə keçirməsi variantı müzakirə olunur.

BUNA DA BAX: Bakıda keçiriləcək dünya çempionatı təxirə salındı

Bu varianta əsasən, ənənəvi olaraq əfsanəvi “Uembli”də təşkil olunan və yalnız istisna hallarda başqa arenalarda keçirilən İngiltərə kubokunun final qarşılaşması da paytaxtdan kənarda baş tutacaq. Bu, virusun Londonda daha çox yayılması ilə bağlıdır.

Qeyd edək ki, Böyük Britaniyada 5 mindən artıq adam koronavirusa yoluxub. Bu üzdən Premyer Liqa aprelin 30-dək təxirə salınıb.

Şərh vermək üçün giriş edin
Top