Tokio-2020 Yay Olimpiya Oyunları barədə qərar verildi

24 Mart 2020

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar verib.

BUNA DA BAX: "Formula-1" üzrə Azərbaycan Qran-prisi barədə yekun qərar verildi

Beynəlxalq Olimpiya Komitəsi yarışın təşkilatçıları ilə müzakirələrdən sonra belə addımın zəruri olması qənaətinə gəlib. Müzakirələr zamanı koronavirus pandemiyasının bütün dünyada yayılması üzündən Olimpiadanın təşkilinin mümkünsüzlüyü nəzərə alınıb. Oyunlar bir il sonra – 2021-ci ilə qədər təxirə salınıb.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Şərh vermək üçün giriş edin
Top