Tokio olimpiadasının yeni tarixi məlum oldu

29 Mart 2020

Koronavirus pandemiyası üzündən təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq.

Heftelik.az-ın "New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq.

BUNA DA BAX: Azərbaycan voleybol millisinin üzvləri karantinə alındılar

Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn il avqustun 8-də gerçəkləşəcək.

2021-ci il üçün idman təqviminin tərtib olunması zamanı müəyyən çətinliklərin ortaya çıxacağı gözlənilir. Bununla belə, olimpiadanın builki tarixə bənzər günlərdə təşkilinə qərar verilib. Səbəblərdən biri kimi 1 milyard dollar ödəyərək, yayım hüququna yiyələnmiş "NBC Universal" üçün göstərilən tarixin ən yaxşı vaxt olduğu göstərilib.

Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi.

Şərh vermək üçün giriş edin
Top