Fatih Terim xəstəxanadan evə buraxıldı

30 Mart 2020

Martın 23-də yeni tip koronavirusa yoluxduğu üzə çıxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim bu gün xəstəxanadan evə buraxılıb.

Heftelik.az-ın məlumatına görə, Fatih Terimin son müayinə zamanı səhhətinin qənaətbəxş  olduğu müəyyənləşib və həkimlər müalicənin ev şəraitində davam etdirilməsinə qərar veriblər.

BUNA DA BAX: Tokio olimpiadasının yeni tarixi məlum oldu

Fatih Terim və ailə üzvləri 14 gün ərzində karantin rejimində olacaq.  

Qeyd edək ki, martın 23-də Fatih Terim testlərin müsbət nəticə verdiyini və koronavirus xəstəliyinə yoluxduğunu söyləyib: "Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".

Şərh vermək üçün giriş edin
Top