Tokio olimpiadasının yeni tarixi müəyyənləşdi

30 Mart 2020

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

Heftelik.az-ın NHK telekanalına istinadən verdiyi məlumata görə, Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə 24 avqustda start götürəcək.

BUNA DA BAX: Səddam Hüseyndən girovları qurtaran, müharibədən imtina edən superqəhrəman – ULDUZLAR

Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC)  Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib.

Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacağı qeyd olunub.

Şərh vermək üçün giriş edin
Top