Türkiyə Superliqasının bərpa olunacağı tarix açıqlandı

06 May 2020

Futbol üzrə Türkiyə çempionatı – Superliqa iyunun 12-də davam etdiriləcək.

Heftelik.az-ın məlumatına görə,  bunu bu gün Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mayın 6-da onlayn qaydada keçirdiyi mətbuat konfransında bildirib.

BUNA DA BAX: Türkiyə Super Liqasında tətbiq ediləcək məhdudiyyətlər məlum oldu

N. Özdemir deyib ki, Superliqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları da iyunun 12-də, 13-də və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və Səhiyyə naziri Fəxrəddin Qoca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib.

N.Özdəmir çempionatın iyulun 26-da başa çatdırılacağına və avqustda UEFA Çempionlar Liqasının final qarşılaşmasının təşkil olunacağına əminliyini ifadə edib.

Şərh vermək üçün giriş edin
Top