Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan öldü

13 May 2020

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

BUNA DA BAX: Eldar Əzizovun işdən qovduğu məşhur məmur vəfat etdi

O deyib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: “Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Maqomed Aliomarov mayın 13-də 67 yaşında vəfat edib.

Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsini icra edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Şərh vermək üçün giriş edin
Top