“Fənərbaxça”da koronavirusa yoluxanların sayı üçə çatdı

13 May 2020

Türkiyə futbolunda növbəti koronavirusa yoluxma faktı aşkarlanıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, “Fənərbaxça”da bu xəstəliyə tutulanların sayı 3-ə yüksəlib.

BUNA DA BAX: Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan öldü

Klubun bazasında çalışan 2 nəfərdən sonra rəhbər heyətdə də 1 nəfərin testi müsbət nəticə verib. İdarə Heyəti üzvlərinin testdən keçirildikdən sonra xəstəliyə yoluxduğu aşkarlanan adı açıqlanmayan həmin şəxs evində karantinə alınıb. O, bir neçə gündən sonra ikinci dəfə testdən keçiriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyası səbəbindən dayandırılan Super Liqanın iyunun 12-də bərpa olunması qərara alınıb.

Şərh vermək üçün giriş edin
Top