Avropada ölkə çempionatlarının bərpa tarixi məlum olub – SİYAHI

15 May 2020

Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan 53 ölkə çempionatının aqibəti bir-bir bəlli olur.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, artıq sabah Almaniya Bundesliqasında mübarizə bərpa olunacaq.

BUNA DA BAX: Çempionlar Liqasının oyunlarının vaxtı dəqiqləşdi

 

Almanlarla yanaşı, daha bir neçə ölkə hazırkı duruma əsasən, bərpa tarixini müəyyənləşdirib. Ümumilikdə 27 liqanın konkret bərpa günü təyin olunub. Hər şey plana uyğun şəkildə gedərsə, may ayında 11 ölkədə çempionat qaldığı yerdən davam edəcək. 16 çempionatın isə iyunda bərpa olunması planlaşdırılıb.

 

Azərbaycan Premyer Liqası da daxil olmaqla 20 ölkədə hələ də qeyri-müəyyənlik hökm sürür. Fransa, Cəbəllütariq, Niderland və Lüksemburqda mövsüm artıq başa çatdırılıb. Belçika və Farer adaları da tezliklə bu addıma əl atmağa hazırlaşır.

Hazırda Avropada yalnız Belarusda mövsüm davam edir. Lakin bu ölkədə koronavirusun yayılma sürəti artdığından, çempionatın dayandırılması istisna olunmur.

Qeyd edək ki, Avropada yalnız Lixtenşteyndə ölkə çempionatı keçirilmir.

 

Çempionatların təxmini bərpa tarixi:
Almaniya - 16 may
Macarıstan - 23 may
Çexiya - 23 may
Danimarka - 28 may
Avstriya - 29 may
Polşa - 29 may
Xorvatiya - 30 may
İsrail - 30 may
Litva - 30 may
Ukrayna - 30 may
Serbiya - 30 may
Monteneqro - 1 iyun


Albaniya - 3 iyun
Portuqaliya - 4 iyun
Slovakiya - 6 iyun
Sloveniya - 6 iyun
İsveçrə - 8 iyun
Türkiyə - 12 iyun
İngiltərə - 12 iyun
İslandiya - 13 iyun
İtaliya - 13 iyun
Yunanıstan - 14 iyun
İsveç - 14 iyun
Norveç - 16 iyun
Finlandiya - 17 iyun
Bolqarıstan - 5 və ya 12 iyun
İspaniya - 12 və ya 19 iyun
Belarus – dayandırıla bilər
Azərbaycan - qeyri-müəyyən
Andorra – qeyri-müəyyən
Ermənistan - qeyri-müəyyən
Bosniya və Herseqovina - qeyri-müəyyən


Qazaxıstan - qeyri-müəyyən
Kipr - qeyri-müəyyən
Şotlandiya - qeyri-müəyyən
Estoniya - qeyri-müəyyən
Gürcüstan - qeyri-müəyyən
İrlandiya - qeyri-müəyyən
Şimali İrlandiya - qeyri-müəyyən
Kosovo - qeyri-müəyyən
Latviya - qeyri-müəyyən
Şimali Makedoniya - qeyri-müəyyən
Malta - qeyri-müəyyən
Moldova - qeyri-müəyyən
Uels - qeyri-müəyyən
Rumıniya - qeyri-müəyyən
Rusiya - qeyri-müəyyən
San Marino - qeyri-müəyyən
Belçika – başa çatmaq üzrədir


Farer adaları - başa çatmaq üzrədir
Fransa – başa çatıb
Cəbəllütariq - başa çatıb
Niderland – başa çatıb
Lüksemburq – başa çatıb

Şərh vermək üçün giriş edin
Top