“Fənərbaxça”nın baş məşqçi əvəzi məlum oldu

19 May 2020

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçi postuna gətiriləcək mütəxəssis müəyyənləşib.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi baş məşqçi vəzifəsini icra etməyi Dirk Kuyta tapşırmaq niyyətindədir.

BUNA DA BAX: Avropada ölkə çempionatlarının bərpa tarixi məlum olub – SİYAHI

Niderlandlı çalışdırıcı koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra uğurlu nəticələr göstərsə, o, baş məşqçi kimi təsdiqlənəcək. Hazırda Kuyt vətənində “Feyenoord”un akademiyasının komandalarından birində çalışır. O, 2012-15-ci illərdə futbolçu kimi “Fənərbaxça”nın şərəfini qoruyub.

Qeyd edək ki, 26 oyunda 40 xal toplayan istanbullular Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Şərh vermək üçün giriş edin
Top