Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq

05 İyun 2020

Peşəkar Futbol Liqası Azərbaycan çempionatının və kubokunun son oyunları ilə bağlı Əsasnaməyə edilən əlavələri açıqlayıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumatına görə, koronavirus pandemiyası səbəbindən rəsmiləşən dəyişikliyə əsasən matçların start fitindən əvvəl komandalar bəzi tələblərə əməl etməli olacaqlar.

BUNA DA BAX: “Xəstələri görüb dəhşətə gəlirəm” – MÜSAHİBƏ

Onlardan biri salamlaşmanın ləğvidir. Oyunlardan əvvəl sosial məsafənin qorunması üçün futbolçular və hakimlər görüşməyəcəklər. Həmçinin vimpel dəyişdirmək və kollektiv şəkil çəkdirməyə də icazə yoxdur.

Bundan başqa, qarşılaşmaların yan xətt hakimləri oyuna tibbi maska ilə çıxacaqlar.

Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək.

Şərh vermək üçün giriş edin
Top