“Qarabağ” Türkiyənin III liqa klubunun oyunçusunu istəyir

05 İyun 2020

“Qarabağ”ın transfer gündəmində olan daha bir futbolçunun adı açıqlanıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, TFF III liqa təmsilçisi “1928 Bucaspor”un vingeri Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.

BUNA DA BAX: Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq

Premyer Liqanın lideri sol cinah oyunçusunu heyətinə cəlb etməkdə maraqlıdır. Hətta “Qarabağ”ın 20 yaşlı futbolçu ilə bağlı ilk cəhdinin uğursuz olduğu vurğulanıb. Ağdamlılar gələn həftə ikinci dəfə “1928 Bucaspor”un “qapısını döyəcək”.

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib.

Şərh vermək üçün giriş edin
Top