UEFA qərarını açıqladı

17 İyun 2020

UEFA-nın İcraiyyə Komitəsinin qərarları bəlli olub.

Heftelik.az-ın  məlumatına görə, UEFA-nın baş katibi Corco Marketti qurumun İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasından sonra keçirilən mətbuat konfransında aşağıdakı qərarların qəbul edildiyini bildirib:

BUNA DA BAX: “AFFA Premyer Liqanın 5 klubuna “baxır”, bizə də kömək etsin”

 

- Çempionlar Liqasının 2019/20 mövsümü “Səkkizlər finalı” formatı ilə başa çatdırılacaq. Portuqaliyanın Lissabon şəhərində təşkil olunacaq turnirin qarşılaşmaları avqustun 12-23-də baş tutacaq. Burada 1/4, 1/2 final və həlledici qarşılaşma keçiriləcək.

- Növbəti mövsümün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması oktyabra planlaşdırılır.

- Avropa Liqasının 2019/20 mövsümü də eyni formatda Almaniyanın 4 şəhərində təşkil olunacaq. Köln, Düssüldorf, Duysburq və Helzenkirhendəki qarşılaşmalar avqustun 10-21-də keçiriləcək.

- Milli assosiasiyalar və liqalar avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını avqustun 3-dək UEFA-ya təqdim etməlidir.

- Yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibləri püşklə müəyyənləşəcək.

- Millətlər Liqasının bərpası sentyabr ayına planlaşdırılır.

- AVRO-2020-nin ev sahibi olan 12 şəhərin siyahısında dəyişiklik edilməyib.

Şərh vermək üçün giriş edin
Top