Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusa yoluxdu

23 İyun 2020

Güləş üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Simeon Şterev koronavirusa yoluxub.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Bolqarıstan güləşinin əfsanəsinin testi müsbət nəticə verib.

BUNA DA BAX: UEFA qərarını açıqladı

Bir neçə gün Şterevin oğlu Nikolay və həyat yoldaşı Mariya koronavirus üzündən xəstəxanaya yerləşdirilib. Mütəxəssisin özü isə 14 günlük karantinə alınmaqla evdə müalicə olunur. Şterev Bolqarıstan mətbuatına açıqlamasında bildirib ki, xəstəliyi yüngül şəkildə keçirir. Oğlu isə həkimə gec müraciət etdiyindən süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, vaxtilə idmançı kimi Seul-1988 Olimpiadasının bürünc mükafatçısı olan bolqarıstanlı 2013-14-cü illərdə sərbəst güləş, 2014-18-cü illərdə qadın güləşi üzrə Azərbaycan millisinə rəhbərlik edib. O, ötən ildən Rusiya qadın güləşi yığmasında böyük məşqçi kimi işləyir.

Şərh vermək üçün giriş edin
Top