"Yaxınlarım da virusa yoluxub" - Rəşad Sadıqov

27 İyun 2020

Mənim qohumlarımdan və dostlarımdan da virusa yoluxan olub".

Heftelik.az-ın məlumatına görə, bunu “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov bildirib.

BUNA DA BAX: Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusa yoluxdu

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi virusa inanmayan şəxsləri məsuliyyətsiz adlandırıb: "Kimsə inanmırsa, məsləhətim odur ki, sussun danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. Onların yanına getməkdən ehtiyat edirəm. Onları qoruyuram. Daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam".

Şərh vermək üçün giriş edin
Top