Luçesku baş məşqçi təyin edildi

23 İyul 2020

Ukraynanın "Dinamo" futbol komandasının yeni baş məşqçisi bəlli olub. 

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, komanda rumıniyalı Mirça Luçeskuya tapışırılıb.

BUNA DA BAX: "Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri bilindi

75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Luçesku bu postda istefaya göndərilmiş Aleksey Mixayliçenkonu əvəzləyib. 

Qeyd edək ki, Mirça Luçesku 2008/2009 mövsümündə Ukrayna "Şaxtyor"u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub. 

Top