Azərbaycanda jurnalist təşkilatı 20 min manat cərimələndi

27 İyul 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası barədə inzibati protokol tərtib edib.

Heftelik.az-ın Report-a istinadın verdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi həmin protokola əsasən, təşkilatın 20 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.

BUNA DA BAX: Məşhur restoranın ərazisində ağacların kəsilməsinə görə cinayət işi başlandı

Assosiasiya İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan narazı qalan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Top