FIFA Azərbaycana yardım edəcək

29 İyul 2020

FIFA İcraiyyə Komitəsinin Bürosu koronavirus pandemiyasından zərər görən milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib. 

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumatı görə, futbol ictimaiyyəti üçün nəzərdə tutulan 1,5 milyard ABŞ dolları vəsait kişi və qadın, gənclər və kütləvi futbola kombinə olunmuş qrantlar sistemi və istiqrazlar sistemi vasitəsilə sərt tələblər əsasında ayrılacaq. 

BUNA DA BAX: Azərbaycanda jurnalist təşkilatı 20 min manat cərimələndi

211 milli assosiasiyanın hər biri, o cümlədən, AFFA 1 milyon dollar qran alacaq. Daha 500 min dollar isə qadın futboluna yönəldiləcək. Üzv ölkələr hərəyə 5 milyon dollar kredit də götürə biləcəklər.  

Top