Assosiasiya prezidenti vəfat etdi

08 Avqust 2020

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib. 

BUNA DA BAX: Çempionlar Liqası bərpa olunur

Sərbəst güləş üzrə müxtəlif beynəlxalq turnirlərin mükafatçısı, SSRİ idman ustası, Ümumittifaq dərəcəli hakim, əməkdar məşqçi olan Xanlar müəllim 1990-cı ildən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti vəzifəsində çalışırdı. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, "Tərəqqi" medallı X.Qurbanov idmanda göstərdiyi xidmətlərə görə FİLA-nın elmi komissiyasının üzvü seçilmişdi. O, həmçinin Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin.

Top