“Fənərbaxça” “Qarabağ”ın sabiq qapıçısı ilə anlaşdı

13 Avqust 2020

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, müqavilə ilə “Bornmut”a məxsus olan təcrübəli qolkiper “Fənərbaxça” ilə anlaşıb.

BUNA DA BAX: Azərbaycan Premyer Liqasında əvəzetmə sayı dəyişdirildi

Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə olunub. “Sarı-lacivərdlilər” hətta 33 yaşlı qapıçının klubu ilə də ortaq məxrəcə gəlib. Beqoviçin tezliklə Türkiyəyə yollanması və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.

<ins'>

Qeyd edək ki, Asmir Beqoviç 2019/20 mövsümünün ilk dövrəsini icarə əsasında “Qarabağ”da keçirib.

Top