Türkiyədə 2020-2021-ci il futbol mövsümü barədə qərar verildi

03 Sentyabr 2020

Türkiyədə 2020-2021-ci il futbol mövsümünün ilk dövrəsi tamaşaçısız oynanılacaq.

Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar verib.

BUNA DA BAX: “Neftçi”nin rəqibi "Qalatasaray" oldu

TFF bundan əvvəl 25 avqustda keçirilən toplantısında oktyabr ayından etibarən tribunadakı yerlərin 30 faizi qədər tamaşaçı qəbul edilməsi barədə qərar versə də, Türkiyədə və dünyada koronavirusun pandemiyasının yayılması və Türkiyə Səhiyyə naziri Fəxrəddin Kocanın açıqlamasını diqqətə alaraq, 2020-2021-ci il futbol mövsümünün ilk dövrəsi tamaşaçısız oynanılması barədə qərar verib.

Top