"Qalatasaray" Bakıya 20 futbolçu ilə gəlir

16 Sentyabr 2020

Türkiyənin "Qalatasaray" komandasının Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi oyun üçün Bakıya gələn heyəti açıqlayıb. 

Heftelik.az-ın klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim siyahıya 20 oyunçu daxil edib.

BUNA DA BAX: Mahir Emreli üzr istədi

2013-cü il aprelin 29-da İspaniya "Atletiko"sunun tərkibində "Bakı" klubunun dəvəti əsasında Azərbaycan paytaxtına səfər etmiş Arda Turan və Radamel Falkao da heyətdə yer alıb. Əvəzində UEFA-ya sifariş olunan 23 oyunçudan ibarət siyahıdan Oqenekaro Etebo, Yunus Akgün və Ali Yavuz Kol çıxarılıb. 

45 nəfərdən ibarət nümayəndə heyəti bu gün Bakı vaxtı ilə saat 12:00-da İstanbuldan çarter reysli təyyarə ilə yola düşəcək. Saat 18:00-da Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq. 

 

 

Top