Fitnes zalları açıla bilər - Nazirlikdən Təkliflər

24 Sentyabr 2020

Gənclər və İdman Nazirliyi fitnes zallarının müəyyən məhdudiyyətlərlə fəaliyyətə başlaması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təklif göndərib. 

Heftelik.az-ın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov bildirib. 

BUNA DA BAX: Azərbaycanlı idmançının beynəlxalq turnirdəki medalı əlindən alınır

Nazirlik rəsmisi fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin mümkünlüyünü təklif etdiklərini vurğulayıb.

Bundan öncə Gənclər və İdman naziri Azad Rəhimov Operativ Qərargahla birlikdə fitnes və idman zallarının açılması ilə bağlı böyük proqram hazırladıqlarını açıqlayıb.

Top