"Fənərbağça" yeni hücumçu ilə müqavilə imzaladı

25 Sentyabr 2020

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi məlum olub.

Heftelik.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,"Fənərbağça" İngiltərə "Aston Villa"sından Mbvana Samattanı heyətinə qatıb. 

BUNA DA BAX: Fitnes zalları açıla bilər - Nazirlikdən Təkliflər

27 yaşlı tanzayalı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Bu keçid qarşılığında "Aston Villa"ya 6 milyon avro ödəniləcək. 

Samatta 2021-ci ilin yayınadək icarə əsasında "Fənərbağça"da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək. 

Qeyd edək ki, Mbvana Samatta "Aston Villa"ya bu ilin əvvəlində keçmişdi. 

Top