Yay transfer dövrünün 10 ən bahalı transferi - FUTBOL

07 Oktyabr 2020

Yay transfer dövrünün 10 ən bahalı transferinin siyahısı açıqlanıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, cədvəlin 1-ci pilləsində Almaniya “Bayer”indən İngiltərənin “Çelsi” klubuna keçən Kay Haverts qərarlaşıb. 

BUNA DA BAX: “Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb

21 yaşlı yarımmüdafiəçinin transferi 80 milyon avroya gerçəkləşib. İlk “üçlük”də “Barselona”dan “Yuventus”a keçən Artur və “Lill”i “Napoli”yə dəyişən Viktor Osimhen də qərarlaşıb.

1. Kay Haverts (Bayer – Çelsi, 80 milyon avro)
2. Artur (Barselona – Yuventus», 72 milyon avro)
3. Viktor Osimhen (Lill – Napoli, 70 milyon avro)
4. Ruben Diaş (Benfika – Mançester Siti, 68 milyon avro)
5. Miralem Pyaniç (Yuventus – Barselona, 60 milyon avro)
6. Alvaro Morata (Atletiko – Yuventus», 56 milyon avro)
7. Timo Verner (Leypsiq – Çelsi, 53 milyon avro)
8. Ben Çiluell (Lester – Çelsi, 50,2 milyon avro)
9-10. Mauro İkardi (İnter – PSJ, 50 milyon avro), Tomas Parti (Atletiko –Arsenal, 50 milyon avro).

Top