“Qalatasaray”dan FİFA-ya şikayət

13 Oktyabr 2020

Türkiyənin “Qalatasaray” klubu FİFA-ya şikayət məktubu ünvanlayıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın hücumçu Batefimbi Qomisin transferinə görə son ödənişi etmədiyini bildirib.

BUNA DA BAX: Yay transfer dövrünün 10 ən bahalı transferi - FUTBOL

“Cim-bom” fransalı forvardı 2018-ci ildə ərəblərə 6 milyon avroya satıb. Son ödəniş vaxtında olmadığı üçün türklər FİFA-ya şikayət ediblər. Həmçinin maaşını ala bilməyən Qomis özü də ali futbol qurumuna müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Batefimbi Qomis 2017/18 mövsümündə “Qalatasaray”da çıxış edib.

Top