İtaliya klubunda koronavirusa yoluxma aşkarlandı

13 Oktyabr 2020

İtaliyanın “Milan” klubunda daha bir koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu dəfə məşqçi Daniele Boneranın testi pozitiv çıxıb.

BUNA DA BAX: “Qalatasaray”dan FİFA-ya şikayət

“Rossonyerlər” baş məşqçi Stefano Piolinin köməkçisinin virusa yoluxduğunu bəyan edib. Sabiq müdafiəçi hazırda evindədir və səhhəti yaxşıdır. Sonuncu dəfə “Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, “Milan” A seriyasının növbəti turunda oktyabrın 17-də “İnter”lə qarşılaşacaq.
Top