"Qalatasaray"ın futbolçularında yenə koronavirus aşkarlandı

17 Noyabr 2020

Türkiyənin "Qalatasaray" komandası koronavirusla bağlı son testlərin nəticələrini açıqlayıb.

Heftelik.az-ın xəbrinə görə, bu barədə klubun saytında məlumat verilib. 

BUNA DA BAX: Türkiyə millisi Rusiyaya qalib gəldi - Millətlər Liqasında ilklər yaşandı

"Qalatasaray"ın 3 futbolçusunda koronavirus aşkarlanıb.

Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındıqları bildirilib.

Qeyd edək ki, "Qalatasaray"da test nəticəsi müsbət çıxan futbolçuların sayı 5-ə çatıb.

Top