Arda Turan koronavirusa yoluxdu

17 Noyabr 2020

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bu barədə ulduz futbolçu özü məlumat yayıb.

BUNA DA BAX: "Qalatasaray"ın futbolçularında yenə koronavirus aşkarlandı

Yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə paylaşımında koronavirus testinin pozitiv çıxdığını və karantinə alındığını yazıb.

Qeyd edək ki, “Qalatasaray” bu gün 3 futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb.

Top