Arpaçay Karate Klubu “İlin ən yaxşısı” nominasiyasına layiq görülüb

05 Yanvar 2021

Azərbaycanın aparıcı karate klublarından biri olan Arpaçay Karate Klubu il ərzində əldə etdiyi uğurlara görə bu günlərdə “MA Media Group” və “Lider” televiziya kanalının “Tezdən oyan” proqramının ortaq layihəsi olan “İlin ən yaxşısı” nominasiyası üzrə keyfiyyət simvolu seçilib. Bununla yanaşı, 2020-ci ilin yekunlarına görə, Arpaçay Karate Klubu karate-do idman növünün inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Bakı Karate-do Akademiyası tərəfindən də fəxri diplomla təltif edilib.

2

“İlin ən yaxşısı” nominasiyasına layiq görülən Arpaçay Karate Klubunun prezidenti, Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikasındakı Nümayəndəliyinin rəhbəri, Əməkdar fəxri məşqçi Yavər Hüseynov deyib ki, yola saldığımız 2020-ci il pandemiya səbəbindən çətin il olsa da, Azərbaycan üçün uğurlu olub: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Möhtəşəm Qələbə bizi Azərbaycanın gələcəyi üçün igid, vətənpərvər və sağlam idmançılar yetişdirmək işini daha böyük ruh yüksəkliyi ilə həyata keçirməyə sövq edir. Eyni zamanda, Azərbaycanın ən böyük karate klublarından biri olan Arpaçay Karate Klubunun 2020-ci ili uğurlarla başa vurması da bizim üçün sevindirici haldır. Yarandığı gündən Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini əziz tutan, onların şərəfinə yarışlar və beynəlxalq turnirlər təşkil edən Arpaçay Karate Klubu tarixi zəfərdən sonra da bu sahədə böyük layihələrə imza atmaq fikrindədir”.

3

4

Top