Arpaçay Karate Klubunun rəhbəri Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı ilə təltif olunub

01 Fevral 2021

Bu günlərdə Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və idman sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə məlumat verən Y.Hüseynov deyib ki, Fəxri Fərmanı ona Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev təqdim edib.

2

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevlə görüşə toxunan Y.Hüseynov deyib ki, Gənclər Günü münasibətilə keçirilən tədbirdə ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdan bəhs olunub, pandemiyanın idmançıların həyat və fəaliyyətinə, o cümlədən məşqlərin keçirilməsinə yaratdığı çətinliklər, onların aradan qaldırılması, yarışlara hazırlıq, postpandemiya dövründə görüləcək işlər, gələcək planlar barədə səmərəli fikir mübadiləsi olub. Y.Hüseynovun sözlərinə görə, mükafatlandırma zamanı Adil müəllimə göstərdiyi diqqətə və səmimi qəbula görə Arpaçay Karate Klubunun kollektivi adından öz təşəkkürünü çatdırıb.

3

Xatırladaq ki, son illərdə Azərbaycan Milli Karate Federasiyasının karate üzrə milli yığmasına ən çox idmançı yetişdirən klublardan biri olan Arpaçay Karate Klubu 2016-cı ildən başlayaraq, hər il 20 Yanvar şəhidlərimizin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir, eyni zamanda vaxtaşırı Vətənin azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinə həsr olunmuş yarışlar keçirir.

Top