AVRO-2020-nin ev sahibliyi Bakıdan alına bilər

02 Aprel 2021

AVRO-2020 Bakıdan alına bilər.

Heftelik.az-ın xəbərinə görə, bu barədə məlumatı Almaniyanın “Sportschau” nəşri yayıb.

BUNA DA BAX: Türkiyə millisi üçün arzuolunmaz rəqiblər - SİYAHI

Bildirilib ki, qitə birinciliyinin ev sahibliyi 12 şəhərə verilməsinə baxmayaraq, koronavirus pandemiyasının kəskin yayılması səbəbindən 5-i proqramdan çıxarıla bilər. Həmin şəhərlər Bakı, Bilbao, Dublin, Qlazqo və Münhendir. UEFA yekun qərarını azarkeşlərlə bağlı təşkilatçılardan təminat aldıqdan sonra aprelin əvvəllərində verəcək.

Qeyd edək ki, 11 iyun – 11 iyul tarixlərində baş tutacaq AVRO-2020-nin 4 matçı Bakıya verilib. Proqrama əsasən, qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Top