Əlixanın evliliyi dörd ay çəkdi – Foto

13 Noyabr 2019

Sosial mediada məşhurlaşan azərbaycanlı aktyor Əlixan Rəcəbov həyat yoldaşı İlona Tamiyevadan ayrılıb.

Heftelik.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, cütlük bir müddət öncə yollarını ayırıb.

BUNA DA BAX: “Fəlakət” həyat yoldaşından ayrıldı

Həm model, həm də yazarlıq fəaliyyəti ilə məşğul olan İlona “İnstaqram” hesabında Əlixanla birlikdə çəkilən fotolarını silib. O, hətta işarələndiyi şəkilləri də səhifəsindən gizlədib.

Qeyd edək ki, cütlük sadə bir toyla iyulda ailə qurmuşdu. Onlar toydan öncə uzun müddət sevgili olublar.

 

Şərh vermək üçün giriş edin
Top