Məşhur müğənni də qalmaqallı ad gününə görə cərimələndi

23 Dekabr 2020

Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədovanın məclisində iştirak edən müğənni Mətanət İsgəndərli cərimələnib.

Heftelik.az-ın  unikal.org-a istinadən verdiyi məlumata görə, müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.
Gün ərzində müğənni Mətanət İsgəndərlinin polis şöbəsində çəkilən fotolarının Daxili İşlər Nazirliyi tərəfindən yayılması gözlənilir.

 

 
Top