Azərbaycanlı skripkaçı ABŞ-da keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

12 İyun 2021

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi Röya Əliyeva “American Edition”  beynəlxalq incəsənət müsabiqəsində birinci yerə layiq görülüb.

Həftəlik.az xəbər verir ki, müsabiqə 01 may  - 10 iyun 2021-ci il tarixilərində ABŞ-ın “World Talent Ranking” Assosiasiyasının təşkilatçılığı, Böyük Britaniyanın “Fiestalonia International” və İtaliyanın “Open Italy” təşkilatlarının dəstəyi ilə keçirilib.

Münsiflər Heyəti müsabiqədə IV kateqoriyada (16-19 yaş qrupu üzrə) Röya Əliyevanın skripkada ifasını 100 ballıq sistem üzrə 93 balla qiymətləndiriblər və o, “Insturmental ifaçılıq” nominasiyası üzrə birinci yerə layiq görülüb.

Qeyd edək ki, Röya Əliyevanın müəllimi skripkaçı Aida Qardaşovadır.

Aida müəllimə Azərbaycanı xaricdə belə yüksək səviyyədə təmsil edən skripkaçı yetişdirdiyi üçün təşəkkür edirik!

 

roya s 2

Top