Dünyada ən şərəfli peşə

05 Oktyabr 2020

Bu gün Müəllimlər Günüdür. Mən dünyada müəllimdən şərəfli ad tanımıram. Valideynlə bərabər, bəlkə də ondan daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına həmişə xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda müəllimlərin nüfuzu ilbəil artır, güzəranı getdikcə daha da yaxşılaşır. Bu gün təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb. Həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi bu ali məqsəddən xəbər verir.

Bu gün Müəllimlər Günü həm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin başladığı günlər sırasına təsadüf edir. Sizlərin yetişdirdiyiniz məzunlar Qarabağ uğrunda şərəflə döyüşür, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edir və Sizlərə ən böyük sevinci yaşadır .

İnşallah, məzunlarınız Sizləri Zəfərlə sevindirəcək!

m 2

Əziz müəllimlərimiz - Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, direktor müavinləri Anar Mustafazadə, Samirə Məsimova, Nigar Axundova, Aynur Hüseynova, Zaur Balaqadaşov, Fazil Hacızadə o cümlədən 10a2 sinfinin müəllimləri Ələddin Məmmədli,  Pərvin Qəribova, Gülxas Aslanova, Pərviz Ağalarov, Sevinc Ramazanova, Kəmalə Rəsullu, Qılman Eyvazov, Xatirə Maqsudova,  Günel Bağırova, Rəna Xəlilova, Aytən Tahirli və digər müəllimlərimiz - Bayramınız mübarək! Hər zaman şagirdlərinizin uğurları, qələbələri ilə fəxr edəsiniz!

Dəyərlisiniz!

10 a2 sinfinin kollektivi 

 

Top