Bakının bu iki avtomobil yolunda hərəkət məhdudlaşdırılır

26 Noyabr 2021

Bakı şəhərinin iki yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Heftelik.az-a verilən məlumata görə, 27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində ("Bağırov" körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

BUNA DA BAX: Sumqayıtın ictimai nəqliyyatında ödəniş belə olacaq - AÇIQLAMA

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 
 

 

Top